"Prezident İlham Əliyev iqtisadi məsələlərə həsr olunan iclasda çıxışı zamanı bir daha ölkənin əsas hədəfinin iqtisadiyyatı şaxələndirmək və dayanıqlı iqtisadi inkişaf modelini təkmilləşdirmək olduğunu vurğuladı".
Newscenter.az xəbər verir ki, bunu politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, inflyasiyanın 1%-dən bir qədər çox olması dövlətin sosial-iqtisadi sabitliyə nə dərəcədə yüksək önəm verdiyini bir daha sübut edir:
"Ölkə qarşısında duran vəzifələrin, yəni, ilk növbədə, hərbi, hərbi sənaye kompleksinin inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası ilə bağlı işlərin böyük maliyyə vəsaiti tələb etməsinə baxmayaraq gələn il üçün minimum əməkhaqqı və pensiyaların artırılması və həssas qrupların rifahının yaxşılaşdırılması istiqamətində görüləcək işlər, sosial siyasətin iqtisadiyyatın vacib hissəsi olaraq ön planda saxlanıldığınının bariz nümunəsidir".
Süleyman