Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstan-Özbəkistan sərhədinin demarkasiyası ilə bağlı sənəd BMT-yə təqdim edilib

Qazaxıstan-Özbəkistan sərhədinin demarkasiyası ilə bağlı sənəd BMT-yə təqdim edilib


Qazaxıstan-Özbəkistan sərhədinin demarkasiyası ilə bağlı sənəd BMT-yə təqdim edilib.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, Qazaxıstanla Özbəkistan arasındakı sərhəd 2300 kilometrdən çoxdur. İki il əvvəl iki ölkənin prezidentləri dövlət sərhədinin demarkasiyası haqqında saziş imzalayıblar.

Baş Assambleyanın yüksək səviyyəli həftəsi çərçivəsində təqdim olunan sənəddə iki ölkə arasındakı sərhəd haqqında ətraflı məlumat yer alıb. Diplomatlar bildirirlər ki, bu müqavilə qardaş ölkələr arasında dostluğun, qarşılıqlı hörmətin və etimadın təminatıdır.

Qeyd edək ki, bu, BMT-yə təqdim edilən ilk sənəd deyil. Bundan əvvəl Qazaxıstan və Rusiya arasında dövlət sərhədinin delimitasiyası haqqında müqavilə 2015-ci ildə təhvil verilib. Hazırda ölkənin şərqindəki dağlıq bölgədə sərhəd dirəkləri quraşdırılır. Qırğızıstan, Türkmənistan və Çinlə sərhəd məsələsi tam həll olunub.

Mehman Mehdiyev
Xəbəri paylaş