Qazaxıstan və Mərakeş viza tələblərindən azad edilməsi haqqında saziş imzalayıb.
Newscenter.az "Sputnik Qazaxıstan"az istinadən xəbər verir ki, BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Qazaxıstan Baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtileu Mərakeş Krallığının xarici işlər, Afrika əməkdaşlığı və xaricdəki mərakeşlilər naziri Nasser Burita ilə ikitərəfli görüş keçirib.
Nazirlər siyasi, ticarət-iqtisadi, investisiya və mədəni-humanitar sahələrdə ikitərəfli münasibətlərin hazırkı vəziyyətini və perspektivlərini müzakirə ediblər.
Danışıqlardan sonra tərəflər Qazaxıstan Respublikası hökuməti ilə Mərakeş Krallığı hökuməti arasında milli/vətəndaş pasportlarının sahiblərinin viza tələblərindən azad edilməsi haqqında saziş imzalayıblar.
Anar Əliyev