Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tokayevin kortejinin getdiyi yolda silah anbarı tapılıb

Tokayevin kortejinin getdiyi yolda silah anbarı tapılıb


Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin kortejinin getdiyi yolda silah anbarı tapılıb.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat verir. Nazirlikdən verilən məlumata görə, dövlət başçısının kortejinin Türküstan vilayətində keçdiyi marşruta baxış zamanı Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Mühafizə Xidməti ilə birgə gizlədilmiş silah-sursat aşkar ediblər.

Faktla bağlı cinayət işi başlanıb. Hazırda bütün halların müəyyən edilməsi və şübhəlilərin tutulması istiqamətində zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Anar Əliyev
Xəbəri paylaş