Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Livan ikinci Suriya olmaq yolunda

Livan ikinci Suriya olmaq yolunda


İsrail, ABŞ-ın sərhədsiz dəstəyi, texnoloji üstünlüyün verdiyi güvənlə və ciddi müqavimətlə qarşılaşmadan addım-addım məqsədlərinə doğru yaxınlaşır. Hava zərbələrinin ardınca yüksək ehtimal quru əməliyyatları da keçiriləcək.
İranın uzun illərdir ideoloji xətt üzərindən qurduğu proksi qüvvələr nəzdində müqavimət gücü tədricən məhv edilir. Bəlkə də onların varlığı məhz bu proseslərin inkişafı üçün gərəkli idi.

Livan ikinci Suriya olmaq yolunda irəliləyir. Ölkədə şiə, sünni və xristian blokları arasında münasibətlər soyuqlaşır. Uzun illərdir təhlükəsizlik, icra sisteminin xristianların nəzarətində olması, qanunverici səviyyədə isə şiələrin təmsil olunması və sünnə müsəlmanların bu imtiyazlardan məhrum edilməsi ciddi bir narazılıq obyektidir. Ona görə də indiki gərgin situasiya ölkədə vətəndaş müharibəsi risqini artırır.

Pərviz Mirizadə, AVP sədrinin köməkçisi
Xəbəri paylaş