Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:30 radələrində Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsi ərazisindən çağırış daxil olub.
TƏBİB-dən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Qeyd olunub ki, təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan 27 yaşlı (kişi) şəxs hər iki qolun, kürəyin 1-ci dərəcəli yanığı diaqnozu ilə Yanıq Mərkəzinə təxliyə olunub: "Yanıq Mərkəzinə hospitalizasiya olunan şəxsə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb".