Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daha 13 terrorçu zərərsizləşdirildi

Daha 13 terrorçu zərərsizləşdirildi


Türkiyə Silahlı Qüvvələri PKK terror təşkilatına qarşı uğurlu əməliyyat aparır.

Newscenter.az Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri İraqın şimalında "Pəncək-kilid" əməliyyatı bölgəsində müəyyən etdiyi 11 PKK terrorçunu, Suriyanın şimalında isə "Sülh çeşməsi" bölgəsində müəyyən etdiyi 2 PKK/YPG terrorçunu zərərsizləşdirib.

Nazirliyin açıqlamasında qeyd edilir ki, terrorla mübarizə həm ölkə daxilində, həm də sərhəddən kənarda qətiyyətlə davam edir.

Anar Əliyev


Xəbəri paylaş