"Azərbaycanın bu gün nəinki ənənəvi, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedici ölkə olması da hər dövrün çağırışlarının yüksək səviyyədə cavablandırıldığını təsdiqləyir".
Newscenter.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının üzvü Zaur Mehdiyev deyib. O bildirib ki, hazırda iqtisadi sahədə aparılan islahatlar artıq Azərbaycanda tamamilə yeni bir investisiya iqlimi yaratmışdır:
"Əgər əvvəlki illərdə investisiyalar daha çox neft-qaz sahəsinə qoyulurdusa, bu gün qeyri-neft sektoruna qoyulan sərmayə milyardlarla dollar səviyyəsindədir".
Anar Əliyev