"Prezident İlham Əliyevin iqtisadi məsələlərə həsr olunmuş müşavirədəki çıxışı ölkəmizin indiyədək keçdiyi yolu, mövcud şəraiti və perspektivləri görmək baxımından böyük əhəmiyyət daşıyır".
Newscenter.az xəbər verir ki, bunu YAP üzvü Anar Məmmədov deyib. Onun sözlərinə görə, hər şeydən əvvəl, dövlətimizin başçısı bildirdi ki, Azərbaycan iqtisadi sahədə böyük yol keçib və iqtisadi təhlükəsizliyini təmin edən dövlətdir:
"Azərbaycanda hökm sürən sabitlik və proqnozlaşdırılan vəziyyət, eyni zamanda, Azərbaycan dövlətinin güclənməsi, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa edilməsi xarici investorların bizə olan münasibətini təbii olaraq daha da yaxşılaşdırıb. Baxmayaraq ki, Azərbaycanda çox müsbət sərmayə iqlimi uzun illərdir davam edir, hökm sürür".
Mehman Mehdiyev