Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kosova ilə iqtisadi sahədə əlaqələr inkişaf etdiriləcək

Kosova ilə iqtisadi sahədə əlaqələr inkişaf etdiriləcək


Kosovo - Türkiyə Ticarət Palatası, EkoAvrasiya Fondu və Avrasiya İdarəçi Sənayeçi və İş Adamları Birliyi (AYSİAD) Türkiyə ilə Kosova arasında iqtisadi əlaqələrin inkişafına töhfə vermək məqsədilə əməkdaşlıq protokolu imzalayıb.

Bu barədə mıəlumatı Newscenter.az-a EkoAvrasiya Fondunun İdarə Heyətinin sədri Hikmet Eren verib. O deyib ki, Türkiyə ilə Kosovo arasında iqtisadi əlaqələrdə yeni dövrün qapılarını açacaq əməkdaşlıq protokolu həm cari ticarət həcmini artırmağa, həm də qarşılıqlı investisiya imkanlarından daha səmərəli istifadə etməyə faydalı olacaq:

"Eyni zamanda bu protokol tarixi və mədəni elementlərdən fəal yararlanmağa imkan yaradacaq".

Süleyman
Xəbəri paylaş