Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələri Qazaxıstanda hərbi təlimlərə başlayıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən xəbər verir ki, “Sarsılmaz qardaşlıq-2024” komanda-qərargah təliminin fəal mərhələsinin açılış mərasimi baş tutub.
Təlimlər Almatı vilayətindəki “Bereg” poliqonunda keçirilir. Tədbirdə 2000-dən çox hərbi qulluqçu, 500 zirehli tank və texnika, Mi-17, Mi-35 helikopterləri, İl-76 və Si-295 təyyarələri və PUA aviasiyası iştirak edir.
Qarşıda təşkilatın hərbi komponentinin təkmilləşdirilməsi və KTMT-yə üzv dövlətlərin hərtərəfli inkişafı, habelə onların təhlükəsizliyini təmin etmək imkanlarının artırılması vəzifəsi dayanır.
Mehman Mehdiyev