Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Külli miqdarda narkotik vasitə aşkar edilib

Külli miqdarda narkotik vasitə aşkar edilib


Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına “kompüter aksesuarları” yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib.

Newscenter.az xəbər verir ki, monitorda şübhəli təsvirlər müşahidə olunduğundan nəqliyyat vasitəsinə gömrük yoxlaması tətbiq edilib. Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusundakı su çənindən 4 ədəd bağlamada qablaşdırılan, üzərində “Methadone 40” yazısı olan, ümumilikdə 9981 ədəd həb və 20 ədəd həb parçası aşkar olunub.

Xatırladaq ki, metadon "Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Anar Əliyev
Xəbəri paylaş