Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Qərbi azərbaycanlılara qarşı törədilmiş ədalətsizlik heç bir halda qəbul edilə bilməz”

“Qərbi azərbaycanlılara qarşı törədilmiş ədalətsizlik heç bir halda qəbul edilə bilməz”



Qərbi Azərbaycana qayıdış yeni dövrün əsas hədəf və prioritetləri sırasındadır. Dövlət başçımızın da bəyan etdiyi kimi, bizim hədəflərimiz strateji, taktiki, qısamüddətli, həm də uzunmüddətlidir. Üç dəfə deportasiyaya məruz qalan həmvətənlərimizin hüquqularının təmin olunması istiqamətində addımlar atılır. Ermənistanın bu məsələdə radikal mövqe tutmasına rəğmən Qayıdış konsepsiyasının bütün prinsipləri müvafiq platformalarda gündəmə gətirilir. Qərbi azərbaycanlılara qarşı törədilmiş ədalətsizlik, bu ədalətsizliyin nəticələri heç bir halda qəbul edilə bilməz.

Biz Qarabağın işğalı ilə bağlı da bütün beynəlxalq qurumlarda öz haqqımızı tələb etdik, beynəlxalq hüququn norma və prinsiplərini xatırlatdıq. Amma ikili standartlardan çıxş edənlər ədalətin təmin olunmasına mane olurdu. Vaitəçilər “status-kvo” vəziyyətinin dondurulması üçün əlindən gələni edirdi. Amma biz 30 illik işğalı heç vaxt qəbul edə bilməzdik. 44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror əməliyyatları nəticəsində ərazi bütövlüyü və suverenliyimizi tam bərpa etdik. Bu, təbii ki, xalq, dövlət olaraq bizim gücümüzü, iradəmizi göstərdi.

Müzəffər Ali Baş Komandan İlham Əliyev də bəyan edib ki, güclü iradə, xalq-iqtidar birliyi, xalqımızın əyilməz ruhu olan yerdə heç bir qüvvə, heç bir təşkilat bu iradənin qabağında dura bilməz. Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi, suverenliyimizin tam bərpa olunması Qərbi azərbaycanlılarda da bu nikbinlik hisslərini daha da artırıb.

Bizim ən böyük üstünlüyümüz hədəflərimizi doğru seçməyimizdir. Təcrübə göstərir ki, hədəflər həm həqiqəti, ədaləti, həm də real vəziyyəti, real gücümüzü əks etdirəndə nəticə də müsbət olur.

Könül Nurullayeva, Milli Məclisin deputatı
Xəbəri paylaş