Türkiyədə genişmiqyaslı əməliyyat həyata keçirilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, mərkəzi Aksaray olan 17 vilayətdə həyata keçirilən axtarış əməliyyatında 159 şübhəli saxlanılıb.
Aksaray Baş Prokurorluğundan verilən açıqlamada tutulan şəxslərlə bağlı cinayət törətmək üçün təşkilat yaratmaq, ona üzv olmaq və idarə etmək, narkotik ticarəti və malların satışı nəticəsində əldə edilən gəlirlərin yuyulması cinayətləri ilə bağlı istintaq başlanıldığı bildirilib.
Açıqlamada istintaq çərçivəsində bütün texniki və istintaq üsullarından istifadə edildiyi vurğulanıb.
Mehman Mehdiyev