"Ulu Öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi ordu quruculuğu sahəsində də mühüm addımlar atdı. 1994-cü ildə Horadiz əməliyyatı ilə Azərbaycan ordusunun gücünü bərpa edərək 30 il sonrakı Zəfərin təməlini qoydu. Bununla yanaşı, “Əsrin müqaviləsi” kimi tarixi bir addım ataraq Azərbaycanın beynəlxalq arenada iqtisadi gücünü və diplomatik nüfuzunu artırdı".
Newscenter.az xəbər verir ki, bunu YAP üzvü Tural Məmmədov deyib. O bildirib ki,
Heydər Əliyevin siyasətində milli-mənəvi dəyərlər də xüsusi əhəmiyyət kəsb edirdi:
"Müstəqil Azərbaycan dövlətinin təməl ideyası olan azərbaycançılıq məfkurəsi Ulu Öndərin prezidentliyi dövründə dövlət ideologiyasının əsas xəttinə çevrildi və bu gün də xalqımızın milli mənsubiyyətinə görə qürur hissi keçirməsi bu siyasətin nəticəsidir".
Anar Əliyev