"Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında ən böyük tarixi xidmətlərindən biri dünyanı bürümüş iqtisadi böhranların, münaqişələrin hökm sürdüyü çətin bir şəraitdə əsasını qoyduğu uğurlu inkişaf strategiyasını davam etdirmək kimi çox böyük məsuliyyətli və taleyüklü vəzifəni şərəflə irəli aparmaq üçün dövlət idarəçiliyi təfəkkürünə malik cənab İlham Əliyevə etibar etməsi oldu".
Newscenter.az xəbər verir ki, bunu YAP üzvü Pərvanə Verdiyeva deyib. O bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında son illər ərzində ölkəmiz böyük inkişaf yolu keçib:
"Azərbaycan bütün sahələrdə yüksək uğurlara imza atıb. 2003-cü ildə ali kürsüdə fəaliyyətə başlayarkən "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir" deyərək, ölkəmizin gələcək inkişaf yolunu aydın ifadə edən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Heydər Əliyevin yaratdığı möhkəm təməllər üzərində, Ulu Öndərin müəyyənləşdirdiyi yolla uğurla inkişaf edir. Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etməyə başladığı 2003-cü ildən ötən dövr ərzində ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli birlik formulası uğurla davam etdirilib, inkişafın möhkəm təməlini təşkil edən vətəndaş həmrəyliyi və ictimai-siyasi sabitlik qorunub və Azərbaycan dünyanın ən sabit və təhlükəsiz ölkələrindən birinə çevrilib".
Anar Əliyev