Türkiyədə Fətullahçı Terror Örgütünə (FETÖ) qarşı növbəti əməliyyat keçirilib.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, İstanbulda Fətullahçı Terror Təşkilatına qarşı keçirilən əməliyyat zamanı 6 şübhəli həbs olunub.
Belə ki, İstanbul Polis İdarəsi Kəşfiyyat və Terrorla Mübarizə Şöbəsi qrupları FETÖ-nün fəaliyyətini deşifrə etmək üçün birgə araşdırma aparıb. Araşdırmalar zamanı qruplar, HTŞ və taksofon qeydləri ilə FETÖ üzvü olduğu müəyyən edilən və hələ də aktiv təşkilatda olan şübhəlilərin təşkilatın “təhlükəsiz evlər” adlandırdığı “qeyb evləri”ndə qaldığını müəyyən edilib. Əməliyyatlar 14 müxtəlif ünvanda aparılıb
Əməliyyat zamanı 6 şübhəli saxlanılarkən, ünvanlardan 1 milyon 200 min lirə dəyərində qızıl və çoxlu sayda rəqəmsal material ələ keçirilib.
FETÖ-yə qarşı mərkəzi İzmir olan iki vilayətdə də əməliyyat keçirilib Əməliyyat zamanı
12 şübhəli saxlanılıb.
Anar Əliyev