"Ulu Öndər Heydər Əliyevin dövlət siyasətində Ordu quruculuğu xüsusi yer tuturdu. Onun ordu quruculuğu siyasətini uğurla davam etdirən siyasi varisi Prezident İlham Əliyev güclü, peşəkar, müasir silahlarla təchiz edilmiş ordusu ilə 30 ildir işğal altında qalan torpaqlarımızı düşmən tapdağından azad etdi".
Newscenter.az xəbər verir ki, bunu YAP üzvü Kəklik İbrahimova deyib. O bildirib ki, 2023 –cü ilin sentyabrında aparılan lokal xarakterli antiterror xarakterli əməliyyatla sonuncu terrorçular da tərkisilah edildi, Xankəndidə Azərbaycan bayrağı dalğalandı:
"Cənab Prezidentin çıxışlarında hər dəfə ehtiramla, fəxrlə qeyd etdiyi kimi, ata vəsiyyəti, Müasir Azərbaycanın memarının vəsiyyəti yerinə yetirildi. Bu gün Azərbaycan güclü iqtisadiyyatı ilə, güclü ordusu ilə, peşəkar diplomatik bacarığı ilə regionda söz sahibidir".
Anar Əliyev