Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə məşq keçirilib

Mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə məşq keçirilib


Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncə Regional Mərkəzinin təşkilatçılığı ilə Şəmkir rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqi keçirilib.

Bu barədə Newscenter.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, “Fövqəladə hadisələr zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələrinin xəbərdarlıq toplanışı siqnalı üzrə fəaliyyəti” mövzusunda keçirilən tədbirə Gəncə Regional Mərkəzinin şəxsi heyəti və texnikası, Şəmkir Rayon İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, Fövqəladə Hallar Komissiyası və ərazi mülki müdafiə qüvvələrinin şəxsi heyəti cəlb edilib.

"Məşqin keçirilməsində məqsəd ərazi mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə sahəsində bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub. Tədbir zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib", - məlumatda qeyd olunub.



Mehman Mehdiyev
Xəbəri paylaş