Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistanda Azərbaycana aid özbək dilində kitab nəşr edilib

Özbəkistanda Azərbaycana aid özbək dilində kitab nəşr edilib



Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin ayihəsi ilə Daşkənddə Azərbaycana aid özbək dilində “Olovlar Yurti - Ozarbayjon” (Odlar Yurdu Azərbaycan) adlı kitab çap edilib.

Newscenter.az xəbər verir ki, müəllifi tanininmiş tədqiqatçı-jurnalist Şarofiddin Tolaqanov olan nəşrdə Azərbaycanın dövlətçilik tarix, Azərbaycan xalqı, mədəniyyətimiz, incəsənətimiz, ədəbiyyatımız, milli bayramlarımız, hüzn günləri, Ümummilli Lider Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva, mədəniyyət mərkəzi olan Şuşa, Qarabağ, Azərbaycan-Özbəkistan tarixi, mədəni əlaqələri, Ermənistan-Azərbaycan münaqişəsi, Ermənistanın apardığı siyasətin Qafqazda və bütün dünyadakı mənfi təzahürləri və s. haqqında geniş məlumatlar verilib.

Məlumat üçün bildiririk ki, Özbəkistanın tanınmış jurnalistlərindən biri hesab edilən Şarofiddin Tolaqanov Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən ölkəmizə təşkil edilmiş media-turlarda iştirak edib, işğaldan azad edilmiş torpaqlarımızda olub, erməni vandalizmini öz gözləri ilə görüb.

Qeyd edək ki, sözügedən kitabın Daşkənddə yaxın günlərdə təqdimatı və Özbəkistanın aparıcı kitabxanaları, ali təhsil ocaqlarına verilməsi də nəzərdə tutulur.

Süleyman
Xəbəri paylaş