"Prezident İlham Əliyev müasir Azərbaycanın iqtisadi inkişaf modelini yaradıb və bu model dövlətimizin ümumi siyasətinin ayrılmaz tərkib hissəsi olmaqla, ölkəmizin iqtisadi tərəqqisinə, dünya birliyində mövqeyinin köklü surətdə möhkəmlənməsinə, inkişaf etmiş güclü dövlətlər sırasında yer almasına zəmin yaradıb".
Newscenter.az xəbər verir ki, bunu YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov deyib. O bildirib ki, Prezident tərəfindən yürüdülən uğurlu, qətiyyətli siyasət, həyata keçirilən Dövlət proqramları və makroiqtisadi layihələr Azərbaycan iqtisadiyyatını daha da şaxələndirir:
"Qarşıdakı illərdə məhkəmə-hüquq sisteminin fəaliyyətində şəffaflığın artırılması, haqsız rəqabətin qarşısının alınması, dövlət investisiyaları və dövlət şirkətlərinin fəaliyyətinin iqtisadi səmərəsinin yüksəldilməsi, idarəetmədə müasir korporativ davranış mədəniyyətinin tətbiqinin genişləndirilməsi, korrupsiya ilə mübarizənin gücləndirilməsi, yeni çağırışlara cavab verən müasir dövlət qulluğu sistemi və etikasının formalaşdırılması məsələləri öz həllini tapmalıdır".
Anar Əliyev