"Heydər Əliyev bütün dünyada tanınan və dünya ölkələrinin rəhbərləri tərəfindən yüksək qiymətləndirilən, ümumdünya əhəmiyyətli bəşəri şəxsiyyət və dahi rəhbər idi. Heydər Əliyevin diplomatik məharəti, vətəndaş cəsarəti, siyasi hazırlığı, müdrik rəhbərliyi, rəhbərlik qətiyyəti, prinsipial mövqeyi, uzaqgörən siyasəti, diplomatik təcrübəsi, polad iradəsi, prezident məsuliyyəti və digər yüksək rəhbərlik keyfiyyətləri müstəqil Azərbaycanın qorunmasında, inkişaf etməsində və möhkəmlənməsində müstəsna dərəcədə böyük rol oynayıb".
Newscenter.az xəbər verir ki, bunu YAP üzvü Rüstəm Hüseynov deyib. O bildirib ki, bu gün müstəqil Azərbaycanın modern inkişafında Ulu Öndərin xidmətləri çox böyükdür:
"Prezident İlham Əliyevin dediyi kimi, bu gün Heydər Əliyev siyasəti uğurla davam və inkişaf edir".
Anar Əliyev