Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Reallıqlarla barışmaq istəməyən qüvvələrə vurulan "tərs sillə"

Reallıqlarla barışmaq istəməyən qüvvələrə vurulan "tərs sillə"


"Azərbaycan ölkə olaraq suverenliyini bərpa etmiş və regional güc kimi özünü təsdiqləmişdir. Bu illər ərzində milli maraqlar prioritet olaraq diplomatiyamızın ana xətti olmuş və millətimiz, soydaşlarımız bu maraqları təmin etmək üçün dövlətə öz dəstəyini vermişdir. Bu diplomatiyaya etimad məsələsi, strateji addımlarımızı həyata keçirmək üçün önəm daşıyırdı. Yekdil olaraq xalqımız bu şanlı tarixi yazmaq üçün ayağa qalxdı və siyasi hakimiyyətə etimadını yüksək səviyyədə nümayiş etdirdi".

Newscenter.az xəbər verir ki, bunu "YENİ XƏTT" siyasi tədqiqatlar mərkəzinin sədri Ramil Hüseynov deyib. O bildirib ki, Cənubi Qafqazda son illərdə yaranan yeni reallıqlar və o reallıqlarla barışmaq istəməyən qüvvələrə vurulan "tərs sillə" təbii ki, ölkəmizə qarşı riyakarcasına siyasi təzyiqlərə rəvac verdi:

"Geosiyasi, iqtisadi maraqlar, o cümlədən dövlətimizə qarşı olan düşmənçilik siyasəti bu qüvvələrin ədalətsiz və vandallığa dəstək prinsiplərini açıq şəkildə ortaya qoydu. Bütün bu çətinliklərə baxmayaraq siyasi uğurlarımızı davam etdirdik. O mərhələdə arzuları puç olan həmin qüvvələr, indidə bu kimi əməllərindən əl çəkmirlər. Bu gündə bizə qarşı sərsəm ifadələr işlədən Makron kimi siyasi “liderlər” böyük düşüncədən əmələ gələn seli , kiçik və primitiv düşüncələri ilə qarşısını almaq istəyirlər. Lakin biz ərazi bütövlüyümüzü bərpa edərkəndə, ondan öncədə, sonrakı dövrlərdədə bütün beynəlxalq hüquqi normalara riayət etməklə, diplomatiyamızı şərəflə aparırıq. Milli maraq olan yerdə, heç bir maraq onu üstəliyə bilməz, ələlxüsusda siyasi adamlar qətiyyən buna yol verməməlidir".

Anar Əliyev
Xəbəri paylaş