"Nəhayət İran İsrailə birbaşa cavab verdi. BMT tribunasından bir sıra dünya liderlərinin baş nazir Netanyahuya "qətliamı dayandır" çağırışlarından sonra İranın bu addımı kifayət qədər məntiqli təsir bağışlayır".
Newscenter.az xəbər verir ki, bunu politoloq Mütəllim Rəhimli deyib. O bildirib ki, siyasi çağırışlar fonunda güc nümayişi göstərildi:
"Gözlənilir ki, proses bundan sonra yüksələn xətt üzrə inkişaf etsin. Şübhəsiz ki, Ukrayna cəbhəsindən diqqəti yayındırmaq üçün Rusiya da İrana hərtərəfli kömək edəcək".
Politoloq deyib ki, Ukraynada davam edən Rusiya-Qərb müharibəsi Yaxın Şərqdə ABŞ-Rusiya müharibəsinə çevrilə bilər:
"Bu Rusiya üçün kifayət qədər sərfəlidir. Ona görə də Rusiya bu alovun sönməsinə imkan verməməyə çalışacaq. Təəssüf ki, yeni dünya düzəni uğrunda savaş müsəlmanların kütləvi qırğını ilə davam edəcək".
Anar Əliyev