Türkiyədə daha 28 qeyri-qanuni miqrant saxlanılıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Ədirnədə baş verib.
Belə ki, təhlükəsizlik qüvvələri qeyri-qanuni miqrasiyanın qarşısını almaq üçün yoxlamalarını davam etdirib.
Meriç, İpsala, Lalapaşa və Uzunköprü rayonlarında aparılan yoxlamalar zamanı Suriya, Əfqanıstan, İraq və Pakistan uyruklu 28 qeyri-qanuni mühacir saxlanılıb.
Mehman Mehdiyev