Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ İsrail-İran müharibəsinin kənarında deyil

ABŞ İsrail-İran müharibəsinin kənarında deyil


"İranın xarici işlər naziri Abbas Arakçı bildirib ki, öz hava məkanını İsrailə verən istənilən dövləti düşməni hesab edəcəyik. Məsələ burasındadır ki, ABŞ İsrail-İran müharibəsinin kənarında deyil".

Newscenter.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin gəmiləri İranın İsrailə qarşı raketlərinin dəf olunmasında iştirak edib:

"Bu isə o deməkdir ki, ABŞ İrana qarşı müharibədə İsrailin yanındadır. İran rəsmiləri isə bölgədə yerləşdən ABŞ hərbi gəmilərinə də zərbə vura biləcəklərinə eyham vurublar. Belə olan halda ABŞ bölgədəki hərbi bazalarından İrana zərbələr endirəcək".

Politoloq deyib ki, ABŞ-ın böglədəki hərbi bazaları Türkiyə, Bəhreyn, Qətər, Səudiyyə Ərəbistanı və bəzi mülahizələrə görə İordaniyada yerləşir:

"Aydındır ki, Ankara ABŞ-ın İncirlikdəki hərbi bazasından İrana qarşı istifadə edilməsinə icazə verməyəcək. Ancaq eyni sözləri ərəb ölkələrinə aid edə bilmərik. Bu ərəb ölkələri İranın zəifləməsində maraqlıdırlar, ona görə də ABŞ və İsrailə mane olmayacaqlar. Belə olan halda nazir Abbas Arakçının səylədiyi kimi, İran qonşuluğundakı ərəb ölkələrinə də zərbə endirəcəkmi? Əgər bu baş verərsə, İran öz durumunu daha da ağırlaşdıracaq".

Mehman Mehdiyev
Xəbəri paylaş