"Oktyabrın 4-ü Azərbaycan xalqının tarixində əbədi qalacaq. Çünki oktyabrın 4-də Cəbrayıl şəhəri işğalçılardan azad edildi və bu Qələbənin çox böyük mənası var idi".
Newscenter.az xəbər verir ki, bunu YAP üzvü Leyla Əliyeva deyib. O bildirib ki, ilk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi:
"Bunun çox böyük rəmzi mənası var idi. Bu, bizim Ordumuza əlavə güc verdi, inam verdi. Bu Qələbədən sonra şanlı Ordumuz öz tarixi missiyasını digər yerlərdə də icra etmişdir".
Leyla Əliyeva deyib ki, bu gün Cəbrayıl yenidən qurulur, inkişaf edir:
"Müzəffər Ali Baş Komandan İlham Əliyevin də söylədiyi kimi, bütün görülən işlər insanlarımız üçündür. Əziyyət çəkmiş, çadırda, vaqonun altında, yataqxanada, uşaq bağçasında dözülməz şəraitdə yaşamış o insanlar ən yaxşı şəraitdə yaşamalıdırlar və yaşayacaqlar”.
Anar Əliyev