Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlətçiliyimizin simvolu

Dövlətçiliyimizin simvolu


"Azərbaycan ötən əsrlərdə ən ağır və çətin sınaqlarla, dövlətçiliyini itirmək təhlükəsi ilə üz-üzə qalsa da, müdrik və dahi övladı Ulu öndər Heydər Əliyevin qətiyyəti və rəşadəti sayəsində bu sınaqlardan üzüağ çıxaraq öz dövlətçiliyini qoruyub saxlamışdır.

31 il əvvəl Xilaskarımız Heydər Əliyevin 15 iyun tarixində Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ilə dövlətimizin müstəqilliyi qorunub saxlanıldı, ölkədə yeni siyasi mərhələ başlandı".

Newscenter.az xəbər verir ki, bunu siyasi elmlər doktoru, professor Vaqif Abdullayev deyib. O bildirib ki, 1993-cü ilin 3 oktyabrı isə müstəqil Azərbaycanın tarixinə ən əlamətdar hadisə kimi yazıldı. Heydər Əliyevin Azərbaycanın Prezidenti seçilməsi ilə ölkəmiz dönməz sabitliyə və inkişaf Yoluna qədəm qoydu:

"Hər şey bu müqəddəs Günlə, möhtəşəm Yolla başlandı. Qurtuluş Günü Azərbaycanın xilasının Xilas simvoluna çevrildi. Zəfərə gedən Yolun parlaq rəmzini özündə daşıdı.

1993-cü il Zəfərimizin məntiqi sonu 44 günlük Vətən savaşında qazanılmış parlaq Qələbə oldu. Qurtuluş hərəkatı bizi Qarabağ Zəfərinə gətirib çıxardı.
Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev Ata vəsiyyətini yetirərək işğalçı Ermənistanın tapdağında olan Qarabağımızı azad etdi. Onun Qarabağın tacı Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən söylədiyi bu fikirlər yaddan çıxmır: “Mən bu gün Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik!”.

O bildirib ki, Ulu öndər Heydər Əliyev adını Azərbaycan tarixinə dövlətimizin, xalqımızın Xilaskarı, İlham Əliyev isə qalib olkənin qalib Sərkərdəsi kimi Qurtuluşumuzun, Qələbəmizin yeni səhifəsini yazdı:

"31 il əvvəl ərazilərini itirmiş, Qarabağsız, Şuşasız, Xocalısız qalmış zəif Azərbaycan bu gün öz ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını təmin etmiş güclü dövlətə çevrilib.

Azərbaycan Xalqı Qarabağın hər qarış torpağında, Şuşada, Xocalıda, Xankəndidə Heydər Əliyevin vaxtilə qurub yaratdığı Qarabağ yenidən qurulur.

Bu gün Ulu öndərin ruhu şaddır, Onun ən böyük arzusu olan Qarabağ özümüzdədir, Şuşada üçrəngli ay-ulduzlu Azərbaycan bayrağı dalğalanır".

Anar Əliyev
Xəbəri paylaş