Ermənistanda elektron siqaretlərə nəzarət nişanları tətbiq olunacaq.
Newscenter.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb. Müvafiq qərar hökumətin iclasında qəbul edilib.
2023-cü ilin martından Ermənistanda adi siqaretlərə nəzarət nişanları tətbiq edilsə də, yeni qərar həmin nişanları elektron siqaret növlərinə də tətbiq edəcək.
Qeyd edək ki, bütün Avrasiya İqtisadi İttifaqı ərazisində eyniləşdirmə nişanlarının vahid standartı tətbiq edilmişdir və mallar üzərində nəzarət etiketlərini tədricən əvəz etməlidir. Nəzarət markaları təkcə malların müəyyən partiyasını deyil, həm də hər bir məhsulu ayrıca müəyyən etməyə imkan verir.
Anar Əliyev