Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Heydər Əliyevin uğurlu xarici siyasət kursu

Heydər Əliyevin uğurlu xarici siyasət kursu


Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə göstərdiyi çoxşaxəli fəaliyyətlər sırasında Ermənistanın Azərbaycana qarşı təcavüzünün dünya birliyinə çatdırılması prosesi də xüsusi yer tuturdu.

Newscenter.az-ın xəbərinə görə, Yeni Azərbaycan Partiyasının üzvü Məhəmməd Heydərli də bu qənaətdədir. O bildirib ki, Ulu Öndərin xarici ölkələrə səfərləri, keçirdiyi görüşlər, dünyanın ayrı-ayrı dövlətlərindən respublikamıza gələn nümayəndələrlə aparılan danışıqlar, eləcə də BMT və digər beynəlxalq tribunalardan səsləndirdiyi qətiyyətli bəyanatlar, təqdim etdiyi əsaslı fakt və materiallar Ermənistanın Azərbaycana hərbi təcavüzü haqqında həqiqətlərin beynəlxalq aləmə çatdırılması baxımından əhəmiyyətli rol oynadı:

"Onun unikal xarici siyasət strategiyası və fəal diplomatiyası nəticəsində dünyanın bütün demokratik dövlətlərinin və aparıcı beynəlxalq təşkilatların ölkəmizə münasibəti kökündən dəyişdi. Keçmiş Ermənistan-Azərbaycan, Qarabağ probleminin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunması dünya birliyinə tam qəbul etdirildi. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət bütün ölkələr tərəfindən birmənalı olaraq bəyan edildi".

Anar Əliyev
Xəbəri paylaş