Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsrail yenidən Beyrutu bombaladı

İsrail yenidən Beyrutu bombaladı


İsrail döyüş təyyarələri gecə saatlarında Livanın paytaxtı Beyruta 3-ü cənubdakı Dahiyə olmaqla 4 dəfə hava hücumu təşkil edib.

Newscenter.az trthaber-ə istinadın bildirir ki, hücumlarda azı 2 nəfər ölüb, 11 nəfər yaralanıb.

Gecə saatlarında Dahiyə bölgəsində həyata keçirilən hücumlar səbəbindən dəfələrlə partlayış səsləri eşidilib və ərazidən tüstü qalxıb.

Livanın Səhiyyə Nazirliyi hücumlarda ən azı 2 nəfərin öldüyünü, 11 nəfərin yaralandığını bildirib. Nazirlik gün ərzində bütün Livanda həyata keçirilən hücumlarda 46 nəfərin öldüyünü, 85 nəfərin yaralandığını açıqlayıb.

Livan hökumətinin Fəlakət Risklərinin İdarə Edilməsi Bölməsi 8 oktyabr 2023-cü ildən Livanda baş verən hücumlarda 1928 nəfərin öldüyünü, 9290 nəfərin isə yaralandığını açıqlayıb.


Anar Əliyev


O, 1 milyon 200 min insanın məcburi köçkün olduğunu bildirib.

İsrail Livanın cənubundakı Ayterun qəsəbəsindəki tibb mərkəzini də hədəfə alıb. Hava hücumunda aralarında səhiyyə işçiləri də daxil olmaqla 7 nəfər həlak olub.


İşğalçı İsrail dəfələrlə Beyrutu hədəf alıb

Səhiyyə sistemi həyəcan təbili çalır
İsrailin hücumları artdıqca Livandakı səhiyyə sistemi də narahatdır.

Ümumdünya Səhiyyə Təşkilatı Livanda səhiyyə sisteminin böhranlar səbəbiylə zəiflədiyinə və ehtiyacların öhdəsindən gəlməkdə çətinlik çəkdiyinə diqqət çəkib.
Xəbəri paylaş