"Rusiya iki il ağır döyüşlərdən sonra, dağıdılmış Uqledar şəhərinin xarabalıqları üzərində öz bayrağını qaldırdı. Məhz iki il ərzində Rusiya Uqledar şəhəri uğrunda minlərlə hərbiçi, yüzlərlə zirehli texnika itirdi. Təbii ki, bu, Rusiyanın "Pir qələbəsidir".
Newscenter.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Rusiya Ukraynanın şərqində hücumu intensivləşdirib:
"Kreml Donbasin tamamilə işğal olunması istiqamətində hücum əməliyyatlarını inkişaf etdirir. Bununla da Rusiya danışıqlarda maraqlı olmadığını nümayiş etdirir, Ukraynada bütün ağır itkilərlə baxmayaraq irəliləməyə, yeni ərazilər zəbt etməyə çalışır. Bu hücumlar Rusiyaya yüzlərlə canlı itki və zirehli texnikanın itirilməsi ilə başa gəlir. Belə bir hücumlarla Qərb Rusiyanın kütləvi şəkildə resurslarının tükəndiyinin fərqindədir".
Məhəmməd Əsədullazadə deyib ki, bütün hücumlarına rəğmən Uqledar şəhərini iki ildən sonra işğal edə bilən Rusiya qoşunlarının Ukraynada öz məqsədlərinə çatması mümkün görünmür:
"Rusiya Ukrayna müharibəsi geopolitik qarşıdurmadır və burada Moskva -Kiyev arasında danışıqlar mümkün deyil".
Anar Əliyev