Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə əyləncə məkanına silahlı hücum olub

Türkiyədə əyləncə məkanına silahlı hücum olub


Türkiyədə gecə klubunda silahlı insdent olub.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, hadisə Kocaelidə baş verib. Belə ki, əyləncı mərkəzinə silahlı hücum olub.

Kocaelinin İzmit rayonunda bir əyləncə məkanına silahlı basqın nəticəsində 4 nəfər yaralanıb.

İzmit Kemalpaşa səmtində Şahabettin Bilgisu küçəsində yerləşən əyləncə məkanında şəxsiyyəti hələlik məlum olmayan şəxs və ya şəxslər atəş açıb.

Xəbər verildikdən sonra əraziyə polis və tibb qrupları göndərilib.

Sağlamlıq qrupları tərəfindən ətraf xəstəxanalara çatdırılan yaralıların həyati təhlükəsinin olmadığı öyrənilib.

Mehman Mehdiyev
Xəbəri paylaş