Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yeni dövr və bərpa-quruculuq işləri

Yeni dövr və bərpa-quruculuq işləri


"Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonu 27 il davam edən işğaldan sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qəhrəman Ordumuzun şücaəti nəticəsində üç il öncə oktyabr ayının 4-də düşmən işğalından azad oldu. Cəbrayılın işğaldan azad olunması düşmənə ağır zərbə idi".

Newscenter.az xəbər verir ki, bunu YAP üzvü Ərşad Hüseynov deyib. Onun sözlərinə görə, “Böyük Qayıdış” da Cəbrayıldan başlamışdı:

"Ermənistanın uzun illər işğal altında saxladığı Azərbaycan ərazilərində təbiətə qarşı düşmən münasibəti nəticəsində işğal altında olan ərazilərdə əsl vandalizm həyata keçirildi. Düşmənin törətdiyi ekoloji terror nəticəsində regionun ətraf mühitinə ciddi təhlükə yaranmışdı. Uzun müddət həmin ərazilər narkotik vasitələrin becərilməsi və tranziti rolunu oynayıb. Qazanılan Qələbə nəticəsində artıq ermənilərin bu qanunsuz əməllərinə son qoyulub".

Hakim partiya təmsilçisi deyib ki, işğaldan azad olunmuş bütün ərazilərdə olduğu kimi, Cəbrayıl rayonunda da genişmiqyaslı yenidənqurma və quruculuq işləri uğurla davam etdirilir.

Anar Əliyev
Xəbəri paylaş