Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

27 illik istila zəncirini qıran Cəbrayıl

27 illik istila zəncirini qıran Cəbrayıl


"44 günlük Vətən müharibəsində ayağındakı 27 illik istila zənciri ilk qırılan şəhər Cəbrayıl idi".

Newscenter.az xəbər verir ki, bunu deyən YAP üzvü Taleh Məmmədovun sözlərinə görə, Azərbaycan ordusu mürəkkəb əməliyyat planını yerinə yetirərək güclü istehkamları yardı, şəhəri uzun döyüşlərdən sonra düşməndən geri almağı bacardı:

"Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqına axşam saatlarında verdiyi Cəbrayıl müjdəsi böyük coşqu ilə qarşılandı".

Hakim partiya üzvü qeyd edib ki, bəşəriyyət tarixində böyük qalaların, strateji əhəmiyyətli şəhərlərin azad olunması necə hadisəyə çevrilib təqvimə və ictimai yaddaşlara əbədilik köçübsə, Qarabağın işğal altındakı şəhərlərinin, həmçinin Cəbrayılın da geri alınması bizim üçün eyni məna və əhəmiyyəti ifadə edib.

Anar Əliyev
Xəbəri paylaş