Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan Belarusla birlikdə Ağdamda aqroşəhərcik yaradacaq

Azərbaycan Belarusla birlikdə Ağdamda aqroşəhərcik yaradacaq


Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi ilə Belarusun Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına dair birgə tədbirlər üzrə Yol Xəritəsi imzalanıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan tərəfi məlumat yayıb.

Məlumata görə, sənədə Baş nazir Əli Əsədovun başçılıq etdiyi nümayəndə heyətinin oktyabrın 3-də Belarusa səfəri çərçivəsində imza atılıb.

Yol Xəritəsini iki ölkənin nazirləri - Məcnun Məmmədov və Anatoliy Lineviç imzalayıblar.

Belarusun iştirakı ilə Ağdamda kənd təsərrüfatı istehsalının inkişafı, rayonun Qızıl Kəngərli kəndində aqroşəhərciyin layihələndirilməsi nəzərdə tutulur.
Xəbəri paylaş