Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İstehlak kreditlərinin verilməsi şərtləri sərtləşdirilməlidir-İQTİSADÇI

İstehlak kreditlərinin verilməsi şərtləri sərtləşdirilməlidir-İQTİSADÇI


Azərbaycanda əhalinin kütləvi üz tutduğu istehlak kreditlərinin həcmi durmadan artır.
Son bir ildə belə kreditlərin həcmi 1.5 milyard manat artaraq, 8 milyard manata çatıb.

Newscenter.az xəbər verir ki. bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, bu həm də Azərbaycandan böyük pulların çıxması deməkdir:

"Çünki, istehsalı daxili təlabatı ödəyə bilməyən ölkələrdə istehlak krediti ölkədən çıxan pullara çevrilir. 8 milyard ölkəmizin ümumi kredit porfelinin təxminən 3-də 1 hissəsidir. Biznes kreditlərinin isə 60%-nə bərabərdir. Bu hədsiz mənfi xarakterizə ediləcək göstəricidir. Məsələn, “Kredit fəlsəfəsi”nin oylağı olan ABŞ-da verilən ümumi kreditlərin həcmi 35 trilyon dollardır. Bunun cəmi 5 trilyon dolları istehlak kreditləridir ki, bu da ümumi kreditlərin 14%-i deməkdir.

Hələ nəzərə alsaq ki, ABŞ-da xərclənən isteklak kreditlərinin çox böyük hissəsi ölkənin daxilində qalır. Çünki əhali əsasən öz ölkəsində istehsal edilən telefonu, komputeri və digər malları alır. Bu da daxildə sahibkarlığı və istehsalı inkişaf etdirir. Amma Azərbaycan bu məhsulların hamısını xaricdən aldığı üçün istehlak kreditlərinə yönələn 8 milyard manatın böyük hissəsi bu məhsullarını aldığımız ölkələrə axıb gedir".

İqtisadçı deyib ki, nəticədə süfrəmiz, uşaqlarımızın qidası və təhsili üçün xərclənməli olduğumuz pulları görüntü naminəmənasız əmtəələrə xərcləyirik:

"Xaricdə istehsalını qurmağı bacarmış ağıllı insanlar isə bu pulları bizdən alıb öz uşaqlarının təhsilinə xərcləyir. Sonra da onların uşaqları da, bizim uşaqlarımızın uşaqlarının pulunu öz uşaqlarına xərcləyəcəklər. Buna görə də bu gün ilk növbədə istehlak kreditlərinin verilmə şərtinə yenidən baxılmalı və sərtləşdirilməlidir".


Eldəniz Əmirov
Xəbəri paylaş