Rusiya Daxili İşlər Nazirliyinin yaydığı son məlumata əsasən Rusiya üç il ərzində 14 min əcnəbiyə miqrant statusu verməkdən imtina edib. Hələ bir neçə il bundan əvvəl Rusiya miqrantların ölkəyə qəbulu ilə bağlı qanunun tələblərini sərtləşdirib. Həmin şərtlər içində rus dili, rus tarix bilgisi, peşə bacarığı əsas tələblərdəndir.
Əslində, Rusiya miqrantların ölkədə məskunlaşmasında keçmiş sovet respublikalarından olan vətəndaşlara həmişə üstünlük verib. Rusiyanın miqrantlara bağlı sərt qərarları, bir mənalı olaraq milli təhlükəsizliyi ilə bağlıdır. Moskvada son "Krokus" terror aktında Orta Asiya vətəndaşlarının təşkilatçılığı, eləcə də Rusiyanın içərisində dron hücumları, partlayışlar Rusiyanı qəti addım atmağa məcbur edib. Rusiya miqrantlarla bağlı qəti və sərt hərəkətə keçib. Hətta Tacikistan Rusiyaya onun vətəndaşlarına qarşı davranışlarına görə rəsmi nota da vermişdi.
Hal-hazırda Rusiyanın Ukraynada apardığı mübaribə ilə əlaqədar həm işçi və həm də orduya şəxsi heyətə ehtiyacı olduğu halda 14 min miqrantın qeydiyyatına imtina etməsi təbii ki, ancaq təhlükəsizlik və siyasi sabitlik üçün atılan vacib addımdır.
Rusiya üçün indiki halda İqtisadi vəziyyət o qədər də önəm kəsb etmir. Miqrantlardan imtinanın Rusiya iqtisadiyyatına təsiri demək olar ki, hiss olunmayacaq. Digər tərəfdən, həmin miqrantların yerini keçmiş sovet respublikaları vətəndaşları və eləcə də tanınmamış Abxaziya və Cənubi Osetiyadan olanlar doldurmağa hazırdır.
İmtina olunan miqrantların içində Orta Asiyadan olan miqrantlar çoxluq təşkil edir. Heç şübhəsiz ki, Rusiya öz təhlükəsizliyini təmin etmək məqsədi ölkə daxili qanunlara istinadən sərt qərarlar qəbul etməsi onun suveren hüquqlarıdır. Ancaq, eyni zamanda da Rusiya dövləti qeyri-qanuni yollara da əl atır. Xüsusən də ölkədaxili radikal millətçi qruplardan, skenxetlərdən miqrantlara qarşı "bloklayıcı" vasitə kimi istifadə edir.
Siyasi ospekdən isə Rusiyaya heç bir halda irad, yaxud təzyiq etmək mümkün deyil, çünki bu Rusiyanın öz daxili işidir.
Qaldı ki, Rusiyada yaşayan azərbaycanlılara, əlbəttə ki, Rusiyanın miqrant məsələsində ancaq azərbaycanlılara qarşı əməliyyat keçirmir. Əksinə azərbaycanlılara qarşı nisbətən loyal münasibət mövcuddur üsusən də, rəsmi Bakı və Moskva arasında "müttəfiqlik" mahiyyətinə uyğun Moskva bəyannaməsinin imzalanmasından sonra. Hal-hazırda da Rusiyada üç milyondan çox etnik azərbaycanlı yaşayır və onların məqsədli şəkildlə hər hansı bir formada sıxışdırılmasından söhbət gedə bilməz.
Vüqar Dadaşov