Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daha bir bank AQC-nin Bank Ekspertlər Şurasına qoşulub

Daha bir bank AQC-nin Bank Ekspertlər Şurasına qoşulub


Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin müraciətinə cavab olaraq “Azərbaycan Beynəlxalq Bankı” ASC-dən bankın əməkdaşları Kərimova Sevinc Ramiz qızı və Mikayılov Elvin Tofiq oğlu Bank Ekspertlər Şurasına üzv olmaq üçün təklif edilib. Newscenter.az AQC-yə istinadən bildirir ki, bankın təklif etdiyi şəxslər Cəmiyyətin sədri Vüqar Oruc tərəfindən Bank Ekspertlər Şurasının üzvlüyünə təyin edilib.

Qeyd edək ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin tərkibində Bank Ekspertlər Şurası 2024-cü ilin sentyabr ayında yaradılıb. Şuranın tərkibinə Azərbaycanda fəaliyyət göstərən 12 bank tərəfindən təklif edilmiş şəxslər üzv təyin olunub. “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin də qoşulması ilə Şuraya üzv olan bankların sayı 13-ə çatıb. Bank Ekspertlər Şurasının rəhbəri “Paşa Bank” ASC-nin nümayəndəsi Hikmət Sadıqovdur.

Süleyman
Xəbəri paylaş