Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əfqanıstandan avtomobil daşımalarının həyata keçirilməsinin perspektivləri müzakirə edilib

Əfqanıstandan avtomobil daşımalarının həyata keçirilməsinin perspektivləri müzakirə edilib


Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Əfqanıstanın nəqliyyat və mülki aviasiya naziri Həmidullah Axundzadə ilə görüşüb.

Newscenter.az xəbər verir ki, bu barədə nazir özü facebook sosial şəbəkə hesabında məlumat verib.

Rəşad Nəbiyev qeyd edib ki, görüş zamanı nəqliyyat sahəsində ikitərəfli və "Lapus Lazuri" marşrutu çərçivəsində çoxtərəfli əməkdaşlıq imkanlarını müzakirə edilib.

"Bu marşrut vasitəsilə Əfqanıstandan avtomobil daşımalarının həyata keçirilməsinin perspektivlərindən danışdıq",-deyə nazir bildirib.

Süleyman
Xəbəri paylaş