Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gəncənin raket atəşinə tutulması müharibə qanunlarının pozulması idi

Gəncənin raket atəşinə tutulması müharibə qanunlarının pozulması idi


Ermənistanın İkinci Qarabağ Müharibəsi zamanı Gəncəni raket zərbəsinə tutmaqla növbəti terror aktı həyata keçirməsindən 4 il ötür. Bir nəfərin ölümü, 30-a yaxın şəxsin yaralanması ilə nəticələnən bu hadisə Ermənistanın insanlıq əleyhinə cinayəti, daha bir vandallığı idi.

Newscenter.az-ın xəbərinə görə, "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı da bu qənaətdədir. Gəncənin raket zərbəsinə tuş gəlməsinə diqqət çəkən İctimai Birlik sədri deyib ki, bu hadisə həm də müharibə qanunlarının, Cenevrə Konvensiyasının kobud şəkildə pozulması idi:

"Çünki Gəncə şəhəri döyüş meydanından çox-çox uzaqda yerləşirdi. Ermənistanın həmin ərəfədə belə bir terrora əl atması insanlıq əleyhinə cinayət idi. Təəssüflər olsun ki, insan hüquq və azadlıqlarından dayanmadan danışan bəzi beynəlxalq təşkilatlar, eləcə də dövlətlər 4 il əvvəl Ermənistanın Gəncədə həyata keçirdiyi terrora səssiz qaldı, bu insanlıq əleyhinə cinayətə heç bir ciddi etiraz nümayiş etdirmədi. Məhz bu cəzasızlıq və Ermənistanın himayə edilməsi onu növbəti terrorlara sürüklədi. Beləliklə, Ermənistan 44 günlük Vətən Müharibəsi dövründə bir neçə dəfə müharibə qanunları və Cenevrə Konvensiyasını pozaraq Bərdə, eyni zamanda bir neçə gün sonra yenidən Gəncəni raket atəşinə tutdu, günahsız insanların ölümünə yol açdı".

Arzuman Muradlı onu da qeyd edib ki, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən Müharibəsini tarixi zəfərlə başa vuraraq şəhidlərimizin, Gəncə, Bərdə terrorunun qurbanları olan vətəndaşlarımızın qisasını aldı:

"Əminik ki, tezliklə həmin cinayətlərə imza atmış şəxslər Azərbaycan dövlətinin uğurlu siyasi kursu və ortaya qoyduğu fəaliyyət nəticəsində beynəlxalq məhkəmə qarşısına çıxarılacaq və öz layiqli cəzalarını alacaqlar".

Süleyman
Xəbəri paylaş