"İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi. Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi".
Newscenter.az xəbər verir ki, bu fikirləri YAP üzvü Anar Məmmədov səsləndirib. O bildirib ki. II Qarabağ müharibəsində Zəfəri şərtləndirən xalqın ruhu idi:
"Əsgəri önə doğru göndərən də xalqın ruhu idi, onun tərbiyəsi idi. Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözləyirlər",
Anar Əliyev