Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstandakı seçkilərin nəticələrinin Zəngəzur dəhlizinə mümkün təsirləri

Gürcüstandakı seçkilərin nəticələrinin Zəngəzur dəhlizinə mümkün təsirləri


"Avropa İttifaqı rəsmiləri Gürcüstan hökuməti ilə görüşləri dayandırıb. Bu ay keçiriləcək seçkilərdə hakim "Gürcü Arzusu" partiyasının qalib gəlməsi gözlənilir. Partiyanın lideri B. İvanaşvili seçkiyə qatılır. Seçkilərdə onun partiyasi qələbə qazanacaqsa, İvanaşvili baş nazir postunda əyləşə bilər. Çünki Qərblə əlaqələr qırılaraq Rusiya ilə yaxınlaşma kursu həyata keçiriləcək".

Newscenter.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə Gürcüstandakı seçkiöncəsi vəziyyəti təhlil edərkən deyib. O bildirib ki, Gürcüstan hökuməti bunu müstəqil siyasət kimi xarakterizə etsə də, qəbul etdiyi qərarlar və Moskva ilə yaxınlaşmaq siyasəti avtoritar sistemə keçid kimi dəyərləndirmək olar:

"Gelen aydan Gürcüstan üçün yeni bir çətin siyasi mərhələ başlayacaq. Hökumət Cənubi Osetiya və Abxaziyada separatizmə son vermək üçün Moskva ilə sıx əməkdaşlıq edəcək. Həmçinin daxildə müxalifəti sıradan çıxaracaq. Bunu nəticəsində Qərbin Gürcüstana sanksiyalari sərtləşəcək. Viza rejimi yenidən tətbiq ediləcək. Avropa ittifaqına üzvlük namizədliyi ləğv ediləcək".

Politoloq deyib ki, Qərb Ermənistanı ikinci Gürcüstan müstəvisinə gətirir:

"Demək olar ki, Gürcüstan hakimiyyəti Qərblə əlaqələri sona çatdırır. Bunun müqabilində Rusiyanın Cənubi Osetiyanı Gürcüstana qaytarması mümkündür. Amma, Rusiya ordusunun Cənubi Osetiyada qalmaq şərti ilə bu sövdələşməyə getməsi mümkündür. Abxaziya isə, Gürcüstan hakimiyyətinin nəzarətinə verilməyəcək".

Məhəmməd Əsədullazadə onu da vurğulayıb ki, artıq Azərbaycanın iştirakçısı olduğu "Orta dəhliz" Gürcüstandan deyil, Ermənistan ərazisindən Zəngəzurdan keçəcək:

"Qərb də Orta dəhlizin əsas seqmenti olan "Zəngəzur" dəhlizinin açılmasında maraqlıdır".

Süleyman
Xəbəri paylaş