Qazaxıstanda məktəblilər arasında kütləvi zəhərlənmə hadisəsi baş verib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, hadisə Qızılorada vilayətində qeydə alınıb. Məlumata görə, vilayətdəki məktəblərdən birində 27 şagird zəhərlənib. Onlardan 5-i xəstəxanaya yerləşdirilib.
Şagirdlərin nədən zəhərləndiyi hələ dəqiqləşməyib. Xəstəxanaya yerləşdirilən şagirdlərin vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Polis faktla bağlı araşdırma aparıldığını bildirib.
Mehman Mehdiyev