Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistan ali məktəblərində Qərbi Azərbaycandakı maddi-mədəni irs haqqında mühazirələr təşkil edilib

Özbəkistan ali məktəblərində Qərbi Azərbaycandakı maddi-mədəni irs haqqında mühazirələr təşkil edilib


Özbəkistandakı Azərbaycan səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti və Daşkənd Pedaqogika və İqtisadiyyat İnstitutunda təhsil alan yuxarı kurs tələbələri və magistrlər üçün “Qərbi Azərbaycana qayıdış” şüarı altında “Azərbaycan xalqının Qərbi Azərbaycanda yaratdığı maddi-mədəni və ədəbi irs” mövzusunda mühazirələr təşkil edilib.

Newscenter.az xəbər verir ki, tanınmış ədəbiyyatşünas alim, professor Mahirə Hüseynova tərəfindən oxunan mühazirələrdə tələbələrə Azərbaycan xalqının Qərbi Azərbaycanda yaratdığı maddi-mədəni və ədəbi irs haqında geniş məlumat verilib. Mühazirələrdə Azərbaycan xalqının zəngin mədəni, ədəbi irsi haqqında məlumatlar tələbələrin diqqətinə çatdırılıb və xüsusi olaraq Azərbaycan xalqının Qərbi Azərbaycanda tarix boyu yaratdığı maddi-mədəni, ədəbi irs, mədəniyyət nümunələri, ədəbi prosesin inkişaf xüsusiyyətləri barədə tələbələrə daha ətraflı məlumat verilib.

Erməni təcavüzü nəticəsində tarixi ata-baba yurdumuz olan Qərbi Azərbaycanda yaşayan xalqımız didərgin düşdükdən sonra orada Azərbaycan xalqı tərəfindən yüz illər boyu yaradılmış maddi-mədəni irsimiz də vandalizmə məruz qalıb. Belə ki, azərbaycanlılar tərəfindən tikilmiş tarixi binalar, abidələr, dini məbədlər məhv edilib, ermənilər tərəfindən Azərbaycan xalqının bu torpaqlarda izlərinin silinməsinə cəhdlər göstərilib. Halbuki o torpaqların hər qarışında xalqımızın silinməz izləri vardır bunun ən bariz nümunəsi isə Azərbaycan xalqına aid yer adlarının, toponimlərin hələ də öz varlığını qoruyub saxlamasıdır.

Qərbi Azərbaycandan köçkün düşmüş azərbaycanlılar uzun illərdir ki, Azərbaycanın müxtəlif bölgələrində və dünyanın fərqli ölkələrində yaşamaqdadırlar amma onlar öz tarixi ata-baba yurdlarından uzaq düşsələr də bu gün də hər zaman öz tarixi torpaqlarına dönəcəkləri günü gözləyirlər. Qarabağın azad olunmasından sonra onların bu inamı birə min artımışdır və əminik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uzaqgörən siyasəti nəticəsində bu arzumuz da yaxın gələcəkdə gerçəkləşəcəkdir.

Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən sözügedən mövzuda mütəmadi olaraq mühazirələrin təşkili davam etdiriləcəkdr.

Süleyman
Xəbəri paylaş