"Qarabağ Universiteti regionun təhsil və mədəni irsinin müasir dünyada yenidən canlanmasına imkan yaradan bir körpüdür. Bu dəyərli irs Qarabağ Universiteti vasitəsilə həm yerli, həm də qlobal səviyyədə yeni nəsillərə ötürülür və müasir təhsil yanaşmaları ilə harmanlanır".
Newscenter.az xəbər verir ki, bunu sözügedən təhsil ocağının rektorluğunun nümayəndəsi Cavid Hüseynov deyib. O bildirib ki, universitetin bugünkü dinamik təhsil yanaşmalarını tarixi köklərindən aldığı ilhamla birləşdirərək beynəlxalq standartlarda akademik və elmi mərkəzə çevrilmək yolundadır:
"Qarabağ Universiteti tələbələrinə nəzəri biliklər verməklə yanaşı, onları ətraf mühitə qarşı şüurlu, mədəni sərvətlərə qiymət verən, cəmiyyət qarşısındakı məsuliyyət və öhdəliklərini dərk edən şəxsiyyət kimi yetişdirməyi də qarşısına məqsəd qoyub. Bu vizyon bizim məzunlarımızı bütünləşmiş düşüncə qabiliyyətinə malik, təkcə yerli deyil, həm də qlobal miqyasda rəqabət apara bilən fərdlər kimi həyata hazırlayır".
Cavid Hüseynov, "Qarabağ Universiteti innovativ təhsil metodlarını mənimsəməklə yanaşı, həm də köklü mədəni irsimizə sadiq qalaraq gələcəyi formalaşdırmağı hədəfləyir. Bu missiya universitetimizi Qarabağın akademik və mədəni dirçəlişinin mərkəzinə çevirir və onu təhsil sahəsində regionun lideri mövqeyinə yüksəldir",-deyə bildirib.
Süleyman