Qazaxıstanda cari ilin səkkiz ayında turizm sektoruna qoyulan investisiyalar 69% artıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, ilin sonunadək bu sektor üzrə ölkədə 148 investisiya layihəsinin həyata keçirilməsi nəzərdə tutulur
Məlumata görə, 2024-cü ilin ilk səkkiz ayında turizm sahəsinə əsas kapitala yatırılan investisiyaların həcmi 527,6 milyard tengeyə çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 69% çoxdur. 2023-cü ilin ilk 8 ayında investisiyalar 311,8 milyard tenge təşkil edib.
Bu da öz növbəsində regionlarda 2,5 minə yaxın yeni iş yerinin yaradılmasına imkan verəcək. Bu təşəbbüslər turizm infrastrukturunu yaxşılaşdırmaq və daha çox turist cəlb etmək məqsədi daşıyır.
Mehman Mehdiyev