Türkiyə Silahlı Qüvvələri PKK terror təşkilatına qarşı uğurlu əməliyyatı davam etdirir.
Newscenter.az Türkiyə Milli Müdafiəsi Nazirliyinə istinadən bildirir ki, bu çərçivədə Suriyanın şimalında 4 terrorçu zərərsizləşdirilib
Əməliyyat Suriyanın şimalında Fərat Qalxanı bölgəsində həyata keçiriiib. Nəticədə 4 PKK/YPG terrorçusu məhv edilib.
"Terrorla mübarizə həm ölkə daxilində, həm də sərhəddən kənarda aramsız olaraq davam edir. Cənubumuzda terror dəhlizinin yaradılmasına imkan vermədik və verməyəcəyik! Mübarizəyə əzm və qətiyyətlə davam edəcəyik",-deyə nazirliyin açıqlamasında qeyd edilir.
Mehman Mehdiyev