"Təkcə coğrafiya yox, neft də taledir. Ən azı 278 il ərzində millətimizin və hər bir fərdin həyatının ayrılmaz parçası olan yeraltı sərvətimizlə ölkəmizin və millətimizin yaşantıları eyni olub".
Newscenter.az xəbər verir ki, bunu deyən Milli Məclisin deputatı Zahid Oruc bildirib ki,
alternativ enerjiyə keçid bütün həyatımızda ənənəvi bütün vasitələri dəyişməyi tələb edir:
"Prezident İlham Əliyev qarşıya Yaşıl Azərbaycan qoyarkən, nefti inkar etmədən, onun Vətən müharibəsində Qələbəmizdə oynadığı misilsiz rolu qeyd edərək yeni relslərə daşımağı tələb edir. Biz həyat tərimizi dəyişməyə hazırıqmı?
Uzun illər işğal altında qalan torpaqlar Ermənistana heç bir hərbi-siyasi güc gətirməyib, lakin ayrı ayrı korrupsinerlər boz zonadan qazanıblar. Lakin indi Qarabağ güclü yerimizə çevirmək üçün məskunlaşdırma siyasəti millətimizin ənənəvi yaşam kodlarını nəzərə almalıdır. O zaman smart şəhərlər milli ağılla harmoniya təşkil edərək, 100 minlərlə ailənin Qarabağa dönüşünə əlavə təkan verəcək".
Deputat qeyd edib ki, Zəngızur dəhlizi yaşıl enerji ixracı üçün əlverişli olduğunda Bakı və İrəvan arasında iqtisadi bağlar yaranmağa başlayacaq:
"Düşmənçiliklər yalnız qarşılıqlı faydalarla aradan qaldırıla bilər. Əks halda, Ermənistan Azərbaycanın neft və yaşıl enerji gücünə təslim olacaq.
Bizə Yaşıl partiya və hərəkatlar gərəkdir ki, cəmiyyətlə dövlət qarsısında yeni gündəlik və ünsiyyət platformaları yaransın. Ənənəvi ideologiyalar öz yerini yeni iqtisadi trendlərə verməyə məcburdur.
Yerin və Göyün enerjisini birləşdirmək millətimizin Yeni milli ideyası ola bilər".
Süleyman