Türkiyədə zərgərlik sektorunun ixracı yanvar-sentyabr dövründə əvvəlki ilin eyni dövrünə görə 14,4 faiz artaraq 5 milyard 388 milyon 374 min dollara çatıb.
Newscenter.az Türkiyə İxracatçılar Məclisinə (TİM) istinadən bildirir ki, keçən ay isə sektorun ixracatı keçən ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz azalaraq 673 milyon 526 min dollar təşkil edib.
İlin 9 ayında zərgərlik sənayesinin ixracatdakı payı 3,2 faiz olub.
Hesabat dövründə sektor üzrə ən çox ixrac Birləşmiş Ərəb Əmirliklərinə olub. Bu ölkəyə ixracat 1,9 milyard dollar təşkil edib. Bu ölkəni 517,4 milyon dollarla ABŞ, 410,5 milyon dollarla Honq-Konq, 387,1 milyon dollarla İraq və 242,2 milyon dollarla Meksika izləyib.
Natiq Orucov